“Vicdan haqqı”nın aktyoru evləndi - Fotolar

vicdan-haqqinin-aktyoru-evlendi
Oxunma sayı: 6344

Səməd Vurğun adına Akademik Rus Dram Teatrının aktyoru, “Vicdan haqqı”serialındakı Fuad obrazı ilə populyarlaşan Elşad Süleymanın toyu olub. 

“Qafqazinfo” xəbər verir ki, məclis dünən Bakıda baş tutub. O, Səbinə adlı xanımla ailə həyatı qurub.

Gecədə kino və serial dünyasının tanınmış simaları da iştirak edib. Toyun iştirakçıları özəl gündən çəkilən fotoları sosial şəbəkələrdə paylaşaraq cütlüyə xoşbəxtlik diləyiblər.

Xatırladaq ki, ötən gün müğənni Azad Şabanov, Əməkdar artist Elman Rəfiyevin oğlu Kamranın da toyu olub.