“Victoria”nın mələyi olmaq asan deyil... - Fotolar

victorianin-meleyi-olmaq-asan-deyil
Oxunma sayı: 2234


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, boyu 1.75-dən çox, belinin incəliyi 61 sm-dən aşağı olan modellərin seçildiyi şirkət üçün sadəcə bu xüsusiyyətlər kifayət etmir. Formada olan qadınların bədənindəki yağ ortalamasının 21-24% olduğu halda, "Victoria Secret" üçün bu faiz daha aşağı düşür. Belə ki, bədənindəki yağ nisbətini 17%-dən aşağı saxlamaq məcburiyyətində olan gözəllər rejimlərinə görə olimpiyadaya hazırlaşan atletlərdən heç də geri qalmır. 

Yağ faizi əvvəllər 22, belinin qalınlığı 66 sm olan Cross 4 aylıq çətin mübarizədən sonra gözlənilən nəticəni əldə edə bilib. Bu müddət ərzində mütəmadi şəkildə idman edən və  hər gün qaçan Cross şəkər, un məmulatları və digər kalorili qidalardan istifadə etmədiyini deyib: “Bədənimin zülal ehtiyacını ödəmək üçün müəyyən vitamin və mineral dərmanlar içmişəm. Viktorianın mələyi olmaq istəyi maddi baxımdan da asan deyil. Bu mənə 15 min sterlinqə (25 min manat) başa gəlib. Gözəl görünmək yaxşıdır, ancaq mən sağlıqlı yaşamı seçirəm. Yenidən əvvəlki rejimimə qayıdacam”.

Günel Hacı