“Victoria's Secret”in Daun sindromlu ilk modeli oldu - Fotolar

victorias-secretin-daun-sindromlu-ilk-modeli-oldu
Oxunma sayı: 3381

Puerto-Rikodan olan model Sofiya Cirau “Victoria's Secret”in Daun sindromlu ilk modeli olub.

“Qafqazinfo” xəbər verir ki, o, “Love Cloud” kolleksiyasının siması qismində reklam çarxına çəkilib.

Çarxda ümumilikdə 18 fərqli qadın yer alıb.

“Mən bunu arzulayırdım, mən bunun üzərində çalışırdım və bu gün bu arzu həyata keçdi. Nəhayət, mən sizə öz böyük sirrimi aça bilərəm. Mən “Victoria's Secret”in Daun sindromlu ilk modeliyəm! Mən “Vogue”a düşməyi arzulayırdım və bu gün bu məqsəd həyata keçdi. İnsanlar, böyük şeylər arzulayın. Daxildə və xaricdə heç bir məhdudiyyət yoxdur! Məni təbrik edən hər kəsə təşəkkür edirəm, çox xoşbəxtəm”, - deyə Sofiya hisslərini bölüşüb.  

Qeyd edək ki, S. Cirau 2020-ci ilin fevralında Nyu-Yorkdakı Moda həftəsindəki debütündən sonra populyarlıq qazanıb.