Vida gecəsinə ulduzları topladı - Fotolar

vida-gecesine-ulduzlari-topladi
Oxunma sayı: 4246

Dünyaca  məşhur fransız modelyer Jean-Paul Gaultier karyerasına son qoyub. “Qafqazinfo” xəbər verir ki, 67 yaşlı dizayner Paris Moda Həftəsi çərçivəsində son kolleksiyasını təqdim edib.

“Theatre Du Chatelet”də baş tutan gecədə 2020-ci ilin yaz-yay üçün nəzərdə tutulan geyimləri nümayiş olunub. Gigi və Bella Hadid bacıları, Irina Shayk, Winnie Harlow, Karlie Kloss, Paris Jackson kimi məşhur modellərin yer aldığı dəfilə maraqlı məqamlarla yadda qalıb.

Belə ki, Boy George-nin mahnıları ilə rənglənən gecədə rəqqasə-aktrisa Dita Von Teese, ispan film ulduzu Rosy de Palma, DJ Kiddy Smile, rejissor Farida Khelfa model kimi podiuma çıxıblar.

Fransız müğənni Catherine Ringer də tədbirin əsas qonaqlarından olub.

Qeyd edək ki, Jean-Paul Paris modasının çökdüyü bir dövrdə ortaya çıxaraq ölkənin bu sahədə çiçəklənməsinə köməklik göstərmişdi.