Vida mərasimi stadionda keçiriləcək

vida-merasimi-stadionda-kecirilecek
Oxunma sayı: 2028

Faciəvi şəkildə dünyasını dəyişən amerikalı basketbolçu Kobi Brayantla vida mərasimi fevralın 24-də keçiriləcək.

“Qafqazinfo”nun “Los Angeles Times”a istinadən məlumatına görə, mərasim “Los Angeles Lakers” basketbol klubunun ev stadionu “Staples Center”də baş tutacaq. Belə ki, əfsanəvi idmançı oyunlarının çoxunu məhz həmin stadionda keçirib.

Xatırladaq ki, 41 yaşlı Kobi Brayant yanvarın 26-da Kalabasasda (Kaliforniya ştatı, ABŞ) aviaqəzada həyatını itirib. Helikopterin göyərtəsində onunla yanaşı, 13 yaşlı qızı və daha 7 nəfər olub. Onların heç biri sağ qalmayıb.