Ukraynanın xalq artisti Ani Lorakın əri Murad Nalçacıoğlu ilə adı hallanan Yana Belyaeva açıqlama verib.
“Qafqazinfo” xəbər verir ki, tanınmış model Ukrayna KİV-nə müsahibəsində biznesmenlə sevgili olmadığını qeyd edib:
“Videodakı qız mən deyiləm. Adımı Ani Lorakın əri Muradla hallandırdılar. Onunla münasibətim yoxdur. Əlbəttə, Muradı tanıyıram. Bizim ortaq dostlarımız çoxdur”.
Son xəbərlər
Son Xəbərlər