“Qafqazinfo”nun məlumatına görə, olimpiada Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi, “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycanın Rusdilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilir.
Olimpiadada Gəncə şəhəri və Göygöl, Daşkəsən, Samux, Goranboy rayonlarının tədrisin Azərbaycan dilində olduğu məktəblərinin 7-8-ci sinif şagirdləri, habelə tədrisin rus dilində olduğu məktəblərin 8-ci sinif şagirdləri iştirak edirlər. İlk dəfə olaraq olimpiadaya Mingəçevir və Yevlax məktəbliləri də qatılıb.
Olimpiada iki nominasiya üzrə şifahi qiraət və yazlı şəkildə keçirilib. Olimpiadanın birinci turu test yoxlamalarından ibarət olub. Bu turdan sonra isə məktəblilər iki qrupa bölünərək rus şairi Sergey Yesenin əsrlərinə dair sualları cavablandırıblar. Yesenin əsrlərindən parçalara səsləndiriblər.
Son xəbərlər
Son Xəbərlər