VII, VIII və IX sinifdə oxuyan şagirdlərin nəzərinə

vii-viii-ve-ix-sinifde-oxuyan-sagirdlerin-nezerine
Oxunma sayı: 1500


“Qafqazinfo” Nazirliyin saytına istinadən xəbər verir ki, gimnaziya və liseylərdə xüsusi istedadlı şagirdlərin təhsili üçün fərqli proqramlar tətbiq olunur, onlar keyfiyyətli təhsillə təmin edilirlər. Ənənələri ilə seçilən, təcrübəli pedaqoji kollektivə malik gimnaziya və liseylər şagirdlərin yüksək hazırlıq səviyyəsini təmin etmək üçün zəruri maddi-texniki baza ilə təchiz edilib. İnteraktiv tədris yüksək texnologiyaların tətbiqi ilə həyata keçirilir. Təhsil müəssisələrində məktəblilərin yerli və beynəlxalq olimpiadalara hazırlanması üçün müvafiq mərkəzlər də fəaliyyət göstərir.