Viktor Mendi “Qəbələ”yə Azərbaycan dilində dəstək oldu - Video

viktor-mendi-qebeleye-azerbaycan-dilinde-destek-oldu
Oxunma sayı: 2029

"Qəbələ" azarkeşlərinin daim sevgiylə, hörmətlə və qürurla xatırladığı, vurduğu qollarla "qırmızı-qaralar"ın uğurlarında pay sahibi olan Viktor Mendi videomesajla komandaya dəstəyini göstərib.

Qafqazinfo” xəbər verir ki, Mendi fanatları 4 avqustda - "Qəbələ" - "Lill" maçında aktiv olmağa çağırıb. O, "Qəbələ"nin yanında olduğunu, futbolçulara inandığını nümayiş etdirib.

Xatırladaq ki, Mendi 2011/15 ci illərdə "Qəbələ"də çıxış edib. Seneqallı futbolçu "qırmızı-qaralar"ın heyətində 112 oyuna 29 qol vurub.