Viktor Mozes “Fənərbağça”da - Fotolar

viktor-mozes-fenerbagcada
Oxunma sayı: 1664

 

“Çelsi”nin yarımmüdafiəçisi Viktor Mozes karyerasını Türkiyədə davam etdirəcək.

“Qafqazinfo” xəbər verir ki, 29 yaşlı futbolçu “Fənərbağça” ilə müqavilə imzalayıb.

O, İstanbul təmsilçisinin heyətində 1,5 il müddətinə icarə əsasında çıxış edəcək.

Nigeriyalı yarımmüdafiəçinin keçidi üçün “Çelsi”yə ödəniş edilməyib. Lakin “Fənərbağça” 1,5 il üçün Mozesə 8 milyon avro maaş verəcək.

Qeyd edək ki, Viktor Mozes daha əvvəl İngiltərənin “Liverpul”, “Stok Siti” və “Vest Hem” komandalarında da icarə əsasında çıxış edib.