Viktor Sadovniçi Abel Məhərrəmova təşəkkür etdi

viktor-sadovnici-abel-meherremova-tesekkur-etdi
Oxunma sayı: 700

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, Avrasiya Universitetlər Assosiasiyasının (AUA) prezidenti, akademik Viktor Antonoviç Sadovniçi Bakı Dövlət Universitetinin rektoru, AUA-nın vitse-prezidenti, akademik Abel Məhərrəmova təşəkkür məktubu göndərib.

Akademik V.Sadovniçi BDU rektoruna 12 aprel 2016-cı il tarixində Moskva Dövlət Universitetində Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkin, dövlət rəsmiləri və Assosiasiyaya üzv universitetlərin rektorlarının iştirakı ilə keçirilən Avrasiya Universitetlər Assosiasiyası Şurasının genişləndirilmiş iclasında iştirakına və məzmunlu çıxışına görə təşəkkürünü bildirib.

Qeyd edək ki, akademik Abel Məhərrəmov AUA-nın plenar iclasında Assosiasiyanın ilk üzvlərindən olan BDU tərəfindən əməkdaşlığın yeni formalarının yaradılması, qorunması və möhkəmləndirilməsi istiqamətində cari dövrdə görülən işlərdən bəhs edib. Bu fəaliyyətlər çərçivəsində Yessentuki şəhərində BDU-nun ilk rektoru Vasiliy Razumovskinin barelyefinin açılması, BDU və MDU laboratoriyalarında yerinə yetirilmiş elmi-tədqiqat işlərinin uğurlu nəticələri, Dubnadakı Nüvə Tədqiqatlar İnstitutu ilə əməkdaşlıq, ortaq layihə və proqramlar kimi məsələlərə toxunub.