Viktoriya Nuland Ukrayna və Rusiyaya səfər edəcək

viktoriya-nuland-ukrayna-ve-rusiyaya-sefer-edecek
Oxunma sayı: 819

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Viktoriya Nuland Rusiya və Ukraynaya rəsmi səfər edəcək.

Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Dövlət Departamentinin mətbuat xidmətindən bildirilib.

“Viktoriya Nuland iyunun 21-də Kiyevə gedəcək. Orada Ukraynanın yüksək vəzifəli rəsmilərilə ikitərəfli və regional məsələlərlə bağlı görüş keçirəcək. Kiyev səfərindən sonra Moskvaya yollanacaq. Burada da Ukrayna məsələsi, Minsk sazişinə əməl olunması və “Normand dördlüyü” çərçivəsində danışıqlar müzakirə olunacaq”, - deyə məlumatda qeyd olunur.