Vilayət Eyvazov məzunlara paqonlarını təqdim etdi - Foto

Vilayət Eyvazov məzunlara paqonlarını təqdim etdi
Oxunma sayı: 4900

Azərbaycan Polisi günü - iyulun 2-də Polis Akademiyasında 2019-2020-ci tədris ilinin buraxılışına həsr olunmuş mərasim keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov iştirak edib.

Tədbirdə Daxili işlər naziri Polis Akademiyasını fərqlənmə ilə bitirmiş məzunlara - Ata Vəliyevə, Məhəmməd Rzayevə, Nurlan Yusifova diplomları və “polis baş leytenantı” xüsusi rütbələrinin paqonlarını təqdim edib.

Polis leytenantı Nurlan Mirzəyev yaş kötüyünə rəmzi xatirə lövhəsini vurub. Daha sonra döyüş bayrağı dördüncü kurs müdavimlərinə təhvil verilib. Müdavimlər “Azərbaycan Polisi” marşını ifa ediblər.

Sonda şəxsi heyət tribunanın qarşısından keçib.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi