Vilayət Eyvazov Mingəçevirdə qəbul keçirəcək

vilayet-eyvazov-mingecevirde-qebul-kecirecek
Oxunma sayı: 5091

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən cari il iyul ayının 19-da Mingəçevir Şəhər Polis Şöbəsinin inzibati binasında Mingəçevir, Yevlax, Ağdaş, Ucar, Şuşa və Tərtər şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.

Bu barədə “Qafqazinfo”ya Daxili İşlər Nazirliyindən bildirilib.

Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 18.07.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.