Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov avqustun 3-4-də Qusar Rayon Polis Şöbəsində növbəti vətəndaş qəbulu keçirib.
“Qafqazinfo” xəbər verir ki, Quba, Qusar, Şabran, Siyəzən və Xaçmaz rayonlarından qəbula gələn 115 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.
Müraciətlərin əksəriyyəti yerindəcə həll edilib.
Səfər çərçivəsində nazir bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.
Sıra baxışında ətraf rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak edib. 23 -ü Vətən müharibəsi iştirakçısı olmaqla xidmətə qəbulun şərtlərinə uyğun gələn 91 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.




Son xəbərlər
Son Xəbərlər