Vilayət Eyvazovdan daha bir təyinat

vilayet-eyvazovdan-daha-bir-teyinat
Oxunma sayı: 8300

Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Şahid Abdullayev Bərdə Rayon Polis Şöbəsi rəisinin əməliyyat işləri üzrə müavini təyin edilib.

O, bu təyinatadək Zaqatala Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi olub.