Vilayət Eyvazovdan daha bir təyinat

vilayet-eyvazovdan-daha-bir-teyinat
Oxunma sayı: 6555

Daxili işlər orqanlarında yeni təyinat olub.

"Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz xətt polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Həmid Həmidov tutduğu vəzifədən azad edilərək Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub regional şöbəsinin rəisi vəzifəsinə təyin olunub.