Vilayət Eyvazovdan yeni təyinat

vilayet-eyvazovdan-yeni-teyinat
Oxunma sayı: 11877

Polis polkovnik-leytenantı Ramiz Novruzov Səbail rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin rəisi vəzifəsindən azad olunub. 

"Qafqazinfo" xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə o, Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin rəis müavini təyin olunub. 

Qeyd edək ki, Nizami RPİ-nin əvvəlki rəis müavini Nəvai Qasımov bir müddət əvvəl Kəpəz rayon Polis İdarəsinə rəis təyin olunub.