Vilayət Eyvazovun vətəndaş qəbulunun vaxtı dəyişdi

vilayet-eyvazovun-vetendas-qebulunun-vaxti-deyisdi
Oxunma sayı: 3010

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun avqust ayının 10-da Qusar Rayon Polis Şöbəsinin inzibati binasında keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Quba, Qusar, Şabran, Siyəzən və Xaçmaz şəhər və rayonların sakinlərinin qəbulu tarixi avqust ayının 4-nə təyin olunub.

Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 03.08.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər. Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.