Hollivudun məşhur ulduzu Russell Brand İngiltərənin ən bahalı ərazisində yerləşən evini təmir etdirir.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 40 yaşlı aktyor Thames çayı sahilində 3,3 milyon sterlinqə aldığı villa üçün yenidən maliyyə ayırıb.
Brand villanın təmiri üçün 1, 1 milyon dollar ödəniş edib. O, malikanəsində yeni hovuz və kino mərkəzi qurmaq niyyətində olduğunu açıqlayıb.
Qeyd edək ki, Russell məşhur müğənni Katy Perry ilə ailə həyatı qurmuş, bir müddət sonra boşanmışdı.




Son xəbərlər
Son Xəbərlər