Vilyam Hacıyev hesabat yığıncağı keçirdi - Fotolar

vilyam-haciyev-hesabat-yigincagi-kecirdi
Oxunma sayı: 2211

İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağında iştirak edib.

“Qafqazinfo”nun məlumatına görə, icra başçısı Vilyam Hacıyevin, əlaqədar idarə, müəssisə və təşkilat rəhbərlərinin, sakinlərin iştirak etdiyi yığıncaqda şəhər nümayəndəliyinin 2019-cu il ərzində görülmüş işlərindən danışılıb və 2020-ci ildə qarşıda duran vəzifələrdən söhbət açılıb.

Sonra icra nümayəndəsi Cavid Sarıyev hesabat ili ərzində görülmüş işlərə dair məruzə ilə çıxış edib.