Vilyam Hacıyev Hollandiyada biznes-forumda - - Fotolar

vilyam-haciyev-hollandiyada-biznes-forumda-
Oxunma sayı: 2388


 “Qafqazinfo”ya daxil olan məlumata görə,  İmişli icra başçısı Vilyam Hacıyev, İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və respublikamızın sahibkarlarından ibarət nümayəndə heyəti  də biznes forumda iştirak edib. 

“Biznes Forum”da Hollandiyanın iqtisadi işlər naziri Henk Kamp,  Avropanın bir sıra nüfuzlu beynəlxalq təşkilatlarının rəsmiləri, aparıcı şirkətlərin rəhbərləri, dövlət nümayəndələri iştirak edib. Forumdan sonra Limburq əyalətinin  iqtisadi münasibətlərə cavabdeh olan vitse-qubernatoru Tvan Beurskens Şahin Mustafayevlə birgə Vilyam Hacıyevi qəbul edib. Qəbuldan sonra qonaqlar üçün ziyafət təşkil olunub. Ziyafətdə çıxış edən icra başçısı Vilyam Hacıyev Azərbaycan Niderland Krallığı arasında münasibətlərdən danışıb. Şahin Mustafayev isə Azərbaycanda Niderlandın 125 şirkətinin fəaliyyət göstərdiyini və bu ölkənin etibarlı partnyor olduğunu diqqətə çatdırıb, gələcək əməkdaşlıq üçün geniş potensialın mövcud olduğunu vurğulayıb. Daha sonra çıxış edən Limburq əyalətinin  iqtisadi münasibətlərə cavabdeh olan vitse-qubernatoru Tvan Beurskens Azərbaycanda səfərdə olduğu zaman ölkəmizin inkişafına heyran qaldığını söylədi, ölkələrimiz arasındakı münasibətlərin inkişafı üçün belə görüşlərin davam etdirilməsinin əhəmiyyətli olduğunu bildirib. 

Səfər zamanı İmişlinin icra başçısı Vilyam Hacıyev İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə birlikdə  “Scherjon Group Company” şirkətinin rəhbəri Hielke Scherjonla və icraçı direktor Stefan Dewalleflə görüşüb. 

Məlumat üçün bildiririk ki, Hollandiyanın “Scherjon Group Company” şirkətinin nümayəndələri iki dəfə Azərbaycanda, o cümlədən İmişli rayonunda səfərdə olublar. Səfər çərçivəsində nümayəndə heyəti Baş nazirin müavini Abid Şərifovla, Kənd təsərrüfatı naziri Heydər Əsədovla görüşüblər. Görüşlərdə İmişli rayonunda inşası nəzərdə tutulan, investisiya qoyuluşu 20 milyon avro dəyərində olan “Holland pendiri, süd və süd məhsulları” zavodu barədə danışıqlar aparılmış, zavodun layihəsi barədə geniş müzakirələr olub.