İmişli İcra Hakimiyyəti Qarabağ əlillərinə yardım etdi - Fotolar

imisli-icra-hakimiyyeti-qarabag-elillerine-yardim-etdi
Oxunma sayı: 3132

İmişli rayon İcra Hakimiyyəti tərəfindən Qarabağ müharibəsi əlilləri, veteranlar və şəhid ailələrinə yardım edilib.

“Qafqazinfo” xəbər verir ki, xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq evdən çıxa bilməyən Qarabağ əlilləri, veteranları və şəhid ailələrinə ərzaq məhsullarından ibarət bağlamalar təqdim edilib.

Ölkə rəhbərliyi tərəfindən aparılan genişmiqyaslı tədbirlərə dəstək olmaq, həmrəylik nümayiş etdirmək məqsədilə xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq evdən çıxa bilməyən, şəhər ərazisində yaşayan Qarabağ əlilləri, veteranları və şəhid ailələrinə İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin təşəbbüsü və dəstəyi ilə ərzaq məhsullarından ibarət bağlamalar təqdim edilib, həmin şəxslərlə bir daha maarifləndirici söhbətlər aparılıb.