Vilyam Hacıyevin Arxangelsk səfəri - Foto

vilyam-haciyevin-arxangelsk-seferi
Oxunma sayı: 2409

Azərbaycan nümayəndə heyəti Arxanqelsk vilayətinin qubernatoru İqor Orlovun dəvəti ilə Arxanqelsk vilayətində olub. 

“Qafqazinfo” xəbər verir ki, heyətə İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev rəhbərlik edib.

Görüşdə məqsəd iki ölkə arasındaki sahibkarların sıx əməkdaşlığını artırmaq və Arxanqelsk vilayətinin sahibkarlarının Azərbaycana, o cümlədən İmişli rayonuna dəvət etmək və onların burada investisiya qoymasına cəlb etməkdir. Vilyam Hacıyev ölkələrimiz arasındakı iqtisadi-siyasi, aqrar sahələrdəki əlaqələrin vacibliyindən danışıb.

Konfransda Arxangelsk şəhərində Heydər Əliyev adına dostluq mərkəzi, burada respublikamızın ticarət mərkəzinin yaradılması və İmişli şəhəri ilə Arxanqelsk şəhəri arasında qardaşlaşmış şəhər memorandumu imzalanması ilə bağlı razılıq əldə olunub.