Vinisiusdan qalmaqallı açıqlama - Nazir işə qarışdı

vinisiusdan-qalmaqalli-aciqlama
Oxunma sayı: 3904

“Real Madrid”in hücumçusu Vinisius Junior İspaniyada irqçilik problemi həll olunmadığı təqdirdə, bu ölkənin 2030-cu ildə keçiriləcək dünya çempionatına ev sahibliyi hüququndan məhrum edilməli olduğunu deyib.  

“Qafqazinfo” “RMC Sport”a istinadən xəbər verir ki, İspaniyanın daxili işlər naziri Fernando Qrande-Marlaska dərhal Vinisiusun sözlərinə reaksiya verib.

“Onu deyə bilərəm ki, müxtəlifliyə hörmət bizim DNT-mizin bir hissəsidir. Buna görə biz istənilən ayrı-seçkiliyə qarşı effektiv və birbaşa mübarizə aparırıq. Bu, İspaniya hökumətinin və Daxili İşlər Nazirliyinin prioritetlərindən biridir. Bizim idman sahəsində narahatlıqlarımız var və bu yöndə mübarizəmizi davam etdiririk”, - nazir bildirib.

Qeyd edək ki, braziliyalı vinger İspaniyada bir neçə dəfə irqçiliklə üzləşib.