“Real”ın braziliyalı futbolçusu Vinisius Juniorun “Valensiya” ilə matçda aldığı qırmızı vərəqə ləğv edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İspaniya İdman Yarışları Komitəsi qərar qəbul edib.
Uzun müzakirələrdən sonra həmin matçın hakimlərinin yanlış qərar verdiyi qənaətinə gəlinib.
Vinisius bu gün “Rayo Valyekano”ya qarşı keçiriləcək matçda meydanda olacaq.
Son xəbərlər
Son Xəbərlər