Virciniya ştatında fövqəladə vəziyyət elan edildi

virciniya-statinda-fovqelade-veziyyet-elan-edildi
Oxunma sayı: 1147

Virciniya ştatının qubernatoru Ralf Nortem ştatda fövqəladə vəziyyət, həmçinin Arlinqton və Aleksandriya dairələrində komendant saatı elan edib.

“Qafqazinfo” bildirir ki, bu barədə o, tvitterdə yazıb.

“Arlinqton və Aleksandriya hakim dairələrinin sorğuları ilə əlaqədar bu iki bölgədə saat 18:00-dan 6:00-dək komendant saatı elan edirəm. Mən, həmçinin Virciniyada fövqəladə vəziyyət rejimini elan edirəm”, - paylaşımda deyilir.