ABŞ-ın Virciniya ştatında qeyri-sabit hava şəraiti 2 nəfərin ölümünə səbəb olub.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli hökumət məlumat yayəb.
Məlumata görə, yaşayış evinin üzərinə ağacın düşməsi 6 yaşlı uşağın ölümünə səbəb olub. Baltimor dairəsində isə ağacın aşması nəticəsində 77 yaşlı qadın həlak olub.
Ştatın qubernatoru fövqəladə vəziyyət elan edib.
Qeyri-sabit hava şəraiti ABŞ-ın 15 ştatında qeydə alınıb. 1 milyondan çox insan elektrik enerjisiz qalıb. Bundan əlavə hava limanlarında minlərlə reys ləğv edilib.
Son xəbərlər
Son Xəbərlər