Virtual dərslər keçiriləcək? - Açıqlama

virtual-dersler-kecirilecek
Oxunma sayı: 3856

“Virtual dərsi keçməklə bağlı müəllimlər qarşısında hər hansı bir məcburiyyət yoxdur”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Təhsil Nazirliyin əməkdaşı Orxan Abbasov verib.

O bildirib ki, bu, əvvəl də belə olub, indi də belədir: “Virtual dərsi keçməkdə məqsəd şagirdlərin pandemiya dövründə təxirə düşən dərslərini əvəzləməkdir. Amma əgər təhsil ili sona yetibsə, təbii ki, belə bir zərurət yoxdur. Bununla bağlı hər hansı tələb yoxdur”.

Günel Hacı