Virtual ələmdə etik qaydalar müzakirə edildi

virtual-elemde-etik-qaydalar-muzakire-edildi
Oxunma sayı: 693


“Qafqazinfo”ya daxil olan məlumata görə, bu gün “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” birliyi (CASCFEN) Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Beynəlxalq Mətbuat Mərkəzində “Virtual aləmdə etik normaların gözlənilməsi” layihəsi çərçivəsində konfrans keçirib. CASCFEN-in sədr müavini, layihə rəhbəri Rey Kərimoğlu layihə haqqında ümumi məlumat verib.

CASCFEN İdarə Heyətinin üzvü, SPACE Televiziyasının redaktoru, konfransın eksperti Nüşabə Hüseynli də cəbhə xəttində ermənilərin atəşkəs rejimini pozması nəticəsində virtual aləmdə yayılan xəbərlərə münasibətini bildirib: “Əgər yeni mediada cəbhə xəttindəki tankların sayına qədər göstəririksə, jurnalistikanın bu dövlətə lazım olub olmadığı barədə düşünmək lazımdır. Sözügedən hadisələr zamanı yazılan və yayılan xəbərlər nə qədər yanlış yolda olduğumuzu göstərdi”.