“Virus ailə-ailə, təşkilat-təşkilat yayılır”

virus-aile-aile-teskilat-teskilat-yayilir
Oxunma sayı: 3728

“Avropa ölkələrində virus yayılan zaman bizdə sərhədlər qapandı, ciddi yoxlanışlar aparıldığı üçün ölkəyə virusun sürətli daxil olmasının qarşısı alınıb”.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib. 

O bildirib ki, virus ölkəyə daxil olandan sonra artıq cəmiyyətdə yayılmağa başladı: “Daxildə virus ailə-ailə, təşkilat-təşkilat yayılır. Buna görə də cəmiyyətdə hər bir kəs mübarizəyə dəstək olmaq, virusun yayılmasının qarşısını almaq üçün əlindən gələni etməlidir”. 

Murad Əhməd