Bəzi sadə qida məhsullarının istifadəsi immunitetimizi möhkəmləndirə, bir çox xəstəliklərdən qoruya, eləcə də qrip və soyuqdəymədən sağalmağa kömək edə bilər. Bu məhsullar əlçatandır və, demək olar, hər kəsin soyuducusunda var.
“Qafqazinfo”nun xarici KİV-nə istinadən məlumatına görə, bu məhsulların xeyirini İspaniyadan olan alimlər aşkar edib. Mütəxəssislər bildirir ki, əgər sizin evinizdə sarımsaq varsa, soyuqdəymə sizin üçün qorxulu deyil. Bu, həmin məhsulun tərkibində olan qiymətli allitsin birləşməsi sayəsində mümkündür. Sağlamlığı möhkəmləndirməyə badam da kömək edir. Onun tərkibində çoxlu E vitamini var. Toyuq bulyonunu ev quşunun ətindən hazırlamaq daha xeyirlidir. Həmçinin immun sistemimizin vəziyyətinə brokkoli, göbələk, acı şokolad və istənilən sitrus meyvələri yaxşı təsir göstərir.
Bundan əlavə, eskpertlər sarıkök və zəncəfilin xeyirini qiymətləndirib. Orqanizmimizə faydalı məhsulların siyahısında kivi, bolqar bibəri, ispanaq, kefir və yaşıl çay da yer alıb.
Son xəbərlər
Son Xəbərlər