Virusun mənbəyi Uhanda 7 min nəfərlik şənlik - Fotolar + Video

virusun-menbeyi-uhanda-7-min-neferlik-senlik
Oxunma sayı: 5015

Koronavirus pandemiyasının başladığı Çinin Uhan şəhərində 7 min nəfərin iştirakı ilə hovuz şənliyinin keçirilməsi dünyada gündəm olub.

“Qafqazinfo” xəbər verir ki, ötən həftə sonu Uhanda “Maya Beach” akvaparkı hovuz şənliyi təşkil edərək minlərlə insanı qonaq edib.

Şənlikdə maska və sosial məsafə qaydalarına riayət olunmaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Şənlikdən olan videogörüntülər “Youtube”da yayımlanıb.