Vitor Perreyradan derbi öncəsi qeyri-adi addım

vitor-perreyradan-derbi-oncesi-qeyri-adi-addim
Oxunma sayı: 1338

“Fənərbaxça”nın baş məşqçisi Vitor Perreyra “Beşiktaş”la oyundan öncə futbolçularını maraqlı şəkildə oyuna motivasiya edib.

“Qafqazinfo” xəbər verir ki, portuqaliyalı mütəxəssis oyundan bir neçə gün öncə xüsusi video hazırlayıb. Bütün futbolçuların həyat yoldaşları və uşaqları ilə görüşən məşqçi onlardan qarşılaşma üçün mesaj vermələrini xahiş edib. 

Bütün futbolçuların evinə kamera göndərən Perreyra bunu gizli şəkildə edib. Fubolçuların həyat yoldaşları “mənim üçün bu matçı qazan”, uşaqları isə “ata, mənim üçün qol vur” deyib.

“Fənərbaxça” televiziyasının hazırladığı bu görüntüləri oyundan bir neçə saat qabaq futbolçulara izlətdirən portuqaliyalı məşqçi bu sözləri deyib: “İlk dəfə oyundan öncə mən danışmayacağam və susacam. Derbinin önəmini sizə başa salmağa ehtiyac yoxdur. Bu xüsusi klipi izləyin və oyunu buna görə qazanın”.
Bunlardan təsirlənən futbolçular da “Beşitkaş”la oyunda 2:0 hesablı qələbə qazanıblar.