Vitse-prezidentin narkotik və fahişələrlə videosu yayıldı -

vitse-prezidentin-narkotik-ve-fahiselerle-videosu-yayildi-
Oxunma sayı: 1309


 “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yaranan qalmaqaldan sonra 69 yaşlı Sevel istefa vermək məcburiyyətində qalıb. Evli və 4 uşaq atası olan Lord verdiyi seks partisində çəkilən 45 dəqiqəlik videoda narkotik vasitələrdən istifadə edib və Asiya qadınların gözəlliyindən danışıb: “Bu axşam gənc bir asiyalı qadın tapa bilərdik. Onlar kənardan məsum görünürlər, ancaq ən böyük fahişədirlər”. 

Lord Sevelin hər iki qadına bir gecə üçün 200 sterlinq ödədiyi bildirilib. Palatadakı bütün vəzifələrindən istefa edən Sevelin bu hərəkəti polisə şikayət edilib. 

Qeyd edək ki, bu ayın əvvəllərində yerli mediada açıqlaması gedən Sevel Lordların hərəkətlərini qınayaraq onları uyğunsuz hərəkətlərdən çəkinməyə çağırmışdı: “Edilən hər uyğunsuz hərəkət bizim imicimizi risqə atır. Lordların qalmaqalları sarı mətbuatın manşetlərini tutur”.

Xatırladaq ki, sözügedən hadisə ilə bağlı bəzi kadrlar YouTube kanalında yayılsa da, daha sonra silinib.

“Qafqazinfo”