Vitse-prezidentlər toxunulmaz olacaq - Qanuna dəyişiklik ediləcək

vitse-prezidentler-toxunulmaz-olacaq-
Oxunma sayı: 2987

“Birinci vitse-prezident və vitse-prezidentlərin toxunulmazlığı və digər məsələlərlə bağlı qanunvericiliyə müəyyən dəyişiklik edilə bilər”.

QafqazinfoAPA-ya istinadən xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. Z. Əsgərov bildirib ki, Konstitusiyanın tələblərinə uyğun olaraq ayrıca qanun da qəbul edilə bilər.

"Birinci vitse-prezident və ya vitse-prezidentlər barədə prezident İlham Əliyevin fərmanı ilə təsdiq olunacaq Əsasnamənin hazırlanması da mümkündür", - deyə o vurğulayıb.