Vitse-spiker maskanı çıxarmağı təklif etdi, spiker razılaşdı

vitse-spiker-maskani-cixarmagi-teklif-etdi-spiker-razilasdi
Oxunma sayı: 3023

Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası öz işinə başlayıb. 

“Qafqazinfo” xəbər verir ki, iclasda vitse-spiker Fəzail İbrahimli spiker Sahibə Qafarovaya təklif verib. O qeyd edib ki, spiker üçün maskalı vəziyyətdə iclas aparmaq çətin olacaq: “Rahat danışmaq və iclası aparmaq üçün maskadan istifadə etməyə də bilərsiniz”.

Spiker ara məsafəsinin qorunduğunu əsas gətirərək deputatın təklifini nəzərə alıb.

Günel Türksoy