Vitse-spiker türkiyəli jurnalistlərlə görüşdü

vitse-spiker-turkiyeli-jurnalistlerle-gorusdu
Oxunma sayı: 713


“Qafqazinfo” xəbər verir ki, qonaqları Milli Məclisin sədri Oqtay Əsədovun adından salamlayan vitse-spiker deyib ki, Azərbaycanlılarla türklər arasında görüş hər zaman bayramdır: “Azərbayacan və Türkiyə arasında münasibətlər təkcə iki ölkə arasındakı münasibətlər deyil, iki qardaş xalqın əsrlərin sınağından çıxmış milli, dini ənənələrinə, tarixi birliyinə söykənir. Ona görə də biz belə səfərlərin hər birini bu günki qarışıq dünyada çox vacib aspekt hesab edirik. Çünki bu siyasi, dini, mədəni, birlik, qardaşlıq belə qarışıq məqamda hədəfləri düzgün müəyyən etməyə, problemlərimiz və uğurlarımızı bir gücə çevirərək hədəflərimizə çatmaq isitiqamətində səyləri artırmağa xidmət edir. Azərbaycan və Türkiyə arasında münasibətlər çox yüksək səviyyədədir”. 

Vitse-spiker qeyd edib ki, qonaqların diqqətinə çatdırıb ki, I Avropa Oyunları ilə əlaqədar beynəlxalq mediada Azərbaycana qarşı qarayaxma kanpaniyası gedir: “Bu gün idman bir sıra dairələrin əlində dostları, millətləri birləşdirən, dostlaşdıran alət kimi yox, siyasi maraqları təmin edən alət kimi istifadə olunur. Hesab edirəm ki, idmanın siyasətə çevrilməsinin qarşısını almaq üçün media öz mövqeyini ortaya qoymalıdır. 

B. Muradova Türkiyədə son günlər baş hadisələrə görə hər bir Azərbaycan vətəndaşının üzüldüyünü və Türkiyə hökumətinə problem yaradan belə hadisələrə görə hiddətləndiyini vurğulayıb. 

Türkiyə Qəzetəcilər Federasiyasının rəhbəri Mehmet Ali Dim isə çıxışında qonaqpərvərliyə görə təşəkkürünü bildirib, rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb. Görüşün sonunda Bahar Muradova Türkiyəli KİV nümayəndələrinin suallarını cavablandırıb.