Vladimir Menşov koronavirusdan vəfat etdi

vladimir-mensov-koronavirusdan-vefat-etdi
Oxunma sayı: 2913

Kinorejissor, SSRİ Xalq artisti Vladimir Menşov 82 yaşında koronavirusdan vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Mosfilm” kino şirkəti məlumat yayıb.

Qeyd edək ki, V. Menşov 1939-cu ilin 17 sentyabrında Bakıda dünyaya gəlib.

O, 1989-cu ildə SSRİ Xalq artisti adına, 1981-ci ildə SSRİ dövlət mükafatına, 1978-ci ildə N.K Krupskaya adına mükafata layiq görülüb. Həmçinin “Moskva göz yaşlarına inanmır” filminə görə “Xarici dildə ən yaxşı film” nominasiyasında “Oskar” mükafatının sahibidir.