Vladimir Zaman saxlanıldı

vladimir-zaman-saxlanildi
Oxunma sayı: 2885

Ukrayna Hərbi Prokurorluğunun əməkdaşları Təhlükəsizlik Xidməti  ilə birlikdə Silahlı Qüvvələrin Baş Qərargah İdarəsinin keçmiş rəisi  Vladimir Zamanı saxlayıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə “UNN” saytı güc strukturlarındakı mənbəyə istinadən məlumat yayıb.

V. Zaman dövlətə xəyanətdə ittiham edilir. Hazırda ona məxsus daşınmaz mülklərdə axtarışlar aparılır.

Qeyd edək ki, Vladimir Zaman 2012-2014-cü illərdə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah İdarəsinin rəisi vəzifəsini daşıyıb.