Vladislav Krikliy Abşeron Logistika Mərkəzində - Fotolar

vladislav-krikliy-abseron-logistika-merkezinde
Oxunma sayı: 2062

Dekabrın 5-də Abşeron Logistika Mərkəzinin baş direktoru Ziya Ağayevin və ölkəmizdə səfərdə olan Ukrayna Respublikasının İnfrastruktur naziri Vladislav Krikliyin rəhbərlik etdikləri nümayəndə heyətləri arasında görüş keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, tərəflər Azərbaycan və Ukrayna arasında nəqliyyat sahəsində əməkdaşlıq, gələcək inkişaf perspektivləri və görüləcək işlər haqqında geniş müzakirələr aparıb. Vladislav Krikliy nəqliyyat sahəsində qarşılıqlı əməkdaşlığın inkişafına maraqlı olduğunu qeyd edib. 

Qonaqlar Abşeron Logistika Mərkəzinin layihəsi ilə də yaxından tanış olublar. Onlara mərkəzin fəaliyyəti, logistikanın inkişafı istiqamətində görülən işlər, bu sahədə həyata keçirilən layihələr haqqında ətraflı məlumat verilib.