Vladivostok merinin həbsi barədə sanksiya verildi

vladivostok-merinin-hebsi-barede-sanksiya-verildi
Oxunma sayı: 1195

Moskvanın Basman məhkəməsi Vladivostok şəhərinin meri İqor Puşkaryovun rüıvət ittihamına görə iyulun 31-nə qədər həbs olunması ilə bağlı sanksiya verib.

Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, 41 yaşlı mer barədə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, İ. Puşkaryov 2008-ci ildən Vladivostokun meri kimi fəaliyyət göstərir. O, mayın 1-nə keçən gecə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. 

İ. Puşkaryov vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə günahlandırırlır. O, şəhər adminstrasiyası tərəfindən bir çox dövlət layihələrini qohumlarına və dostlarına həvalə etməkdə və maliyyə vəsaitlərini mənimsəməkdə şübhəli bilinir.