Amerikanın TV ulduzu Kim Kardaşyanın “Vogue” jurnalının siması olması müzakirələrə səbəb olub. “Qafqazinfo” xəbər verir ki, 38 yaşlı Kimin dərginin may buraxılışında yer alması oxucuların tənqidi ilə nəticələnib.
Moda jurnalında realiti şou qəhrəmanının yer alması qınanılıb, dərgidə modellərin yer alması tələb edilib. “Vogue”nin rəsmi instaqram səhifəsində paylaşdığı örtük şəklinə minlərlə şərhlər yazılıb, dərginin nüfuzunun aşağı düşdüyü qeyd olunub.



Son xəbərlər
Son Xəbərlər