“Vogue”un əfsanəvi redaktoru vəfat etdi

vogueun-efsanevi-redaktoru-vefat-etdi
Oxunma sayı: 2011

Moda dünyasının ən məşhur və nüfuzlu şəxslərindən biri olan Andre Leon Telli 73 yaşında Nyu-York xəstəxanasında dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, ABŞ-ın “Vogue” nəşrinin keçmiş kreativ redaktorunun vəfatı barədə “The Hollywood Reporter” yazıb. Onun ölüm səbəbi açıqlanmayıb.

Andre Leon Telli karyerasına XX əsrin 70-ci illərində müxtəlif KİV-də müxbir kimi başlayıb. 1975-1980-ci illərdə “Women’s Wear Daily” və “W” jurnallarında çalışıb. O, həmçinin “The New York Times”da işləyib. Daha sonra “Vogue”da çalışamağa başlayan modaçı burada baş redaktor vəzifəsinədək yüksəlib (1983-2013). Məhz ondan sonra bir çox dizayner qaradərili modelləri öz moda nümayişlərinə cəlb etməyə başlayıb.

2008-ci ildə o, ABŞ-ın gələcək birinci xanımı Mişel Obamanın moda məsələləri üzrə məsləhətçisi olub. 2013-2014-cü illərdə “Numéro Russia” jurnalının baş redaktoru vəzifəsində çalışıb. 2017-ci ilin aprelindən “Radio Andy” radiosunda moda haqda şounun aparıcısı olub.