Vokalisti ölən qrup konsertlərini təxirə saldı

vokalisti-olen-qrup-konsertlerini-texire-saldi
Oxunma sayı: 950

Xəbər verdiyimiz kimi, İngiltərənin məşhur “The Prodigy” qrupunun banisi və vokalisti 49 yaşlı Kit Flint evində ölü tapılıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, qrup sosial mediada açıqlama yayaraq Flintin ölümü ilə bağlı bütün konsertlərin ləğv edildiyini elan edib.

Qeyd edək ki, ifaçının intihar etdiyi də ehtimallar arasında dəyərləndirilir.