Voleybol millimiz Braziliya ilə eyni qrupda

voleybol-millimiz-braziliya-ile-eyni-qrupda
Oxunma sayı: 955

Qadın voleybolçular arasında Yay Olimpiya Oyunlarının seçmə qrup mərhələsinin püşkü atılıb. Burada yer tutacaq komandalar Yaponiyanın paytaxtı Tokioda keçiriləcək  oyunlara qatılacaq.

“Qafqazinfo” xəbər verir ki, püşkə əsasən, Azərbaycan millisi D qrupunda Braziliya, Dominikan Respublikası və Kamerunla üz-üzə gələcək.

Qrupun görüşlərinin  avqust-sentyabr aylarında oynanılacağı gözlənilir.

Qeyd edək ki, hər qrupda birinci yeri tutan komandalar Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.