Voleybolçu qızlarımızdan növbəti qələbə

voleybolcu-qizlarimizdan-novbeti-qelebe
Oxunma sayı: 1501

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında növbəti oyununu keçirib.

"Qafqazinfo" xəbər verir ki, millimizin C qrupunun sonuncu turunda rəqibi Rumıniya yığması olub.

Qarşılaşma Azərbaycan millisinin qələbəsi ilə yekunlaşıb - 3:0 (25-15, 25:14, 25:21)

Bununla da Covanni Kapraranın baş məşqçi olduğu komanda qrup mərhələsini 5 oyundan sonra 10 xalla 2-ci pillədə başa vurub. Yığma 1/8 final mərhələsində A qrupunda 3-cü yeri tutan komanda ilə qarşılaşacaq. Bu, ya Finlandiya, ya da Bolqarıstan millisi olacaq.