Volkan Bozkır Türkiyəyə gəldi

volkan-bozkir-turkiyeye-geldi
Oxunma sayı: 2237

BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Volkan Bozkır bu vəzifədə ilk rəsmi səfərini Türkiyəyə edib.

“Qafqazinfo” xəbər verir ki, o, bununla bağlı tvitter hesabında məlumat yayıb.

V.Bozkır Ankara səfərinin gündəliyini də paylaşıb.

Belə ki, onun səfər proqramı Mustafa Kamal Atatürkün Anıtkabirdəki məzarını ziyarətlə başlayacaq. Daha sonra Baş Assambleyanın Prezidenti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək.

Səfər çərçivəsində Bozkırın Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şəntopla da görüşü nəzərdə tutulub. Bundan sonra isə Prezident Rəcəb Tayyib Ərdoğanla görüş planlaşdırılıb.

Qeyd edək ki, V.Bozkırın səfər çərçivəsində Azərbaycana gəlməsi də gözlənilir.