Volkan Bozkır vəzifəsini təhvil verdi

Volkan Bozkır vəzifəsini təhvil verdi
Oxunma sayı: 1613

Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkırın səlahiyyət müddəti başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu vəzifəni daşıyan ilk Türkiyə vətəndaşı Volkan Bozkır vəzifə səlahiyyətlərini ədalətli və müvəffəqiyyətlə başa çatdırıb.

Vurğulanıb ki, onun ortaya qoyduğu real, qərarlı və həssas liderlik dünya ictimaiyyəti və Birləşmiş Millətlər Təşkilatı ailəsi tərəfindən təqdirlə qarşılanıb.

Türkiyə Xarici İşlər Nazirliyi, həmçinin, BMT Baş Assambleyasının 76-cı sessiyasına prezidentlik edəcək Maldiv xarici işlər naziri Abdulla Şahidə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Volkan Bozkır Tvitter hesabında paylaşım edərək, bu vəzifəni icra etdiyi üçün qürur duyduğunu, onu namizəd göstərdikləri üçün Prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğluna təşəkkür etdiyini bildirib.