“Hatayspor”un baş məqşçi vəzifəsində çalışmış Volkan Dəmirəl 13 illik həyat yoldaşı Zeynəb Dəmirəldən boşanır.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Z.Dəmirəl artıq məhkəməyə müraciət edib.
Bildirilib ki, cütlük daha öncə də boşanmaq istəyib.
Lakin Hatay zəlzələsi zamanı yaşadıqları kədər səbəbindən bunu təxirə salıblar.
Qeyd edək ki, cütlüyün iki qızı var.
***
Volkan Dəmirəl isə yayılan xəbərlərə münasibət bildirib.
O, öz sosial şəbəkə hesabında boşanma xəbərlərinin həqiqəti əks etdirmədiyini bildirib: “Bir çox evliliklərdə olduğu kimi, biz də bəzən mübahisələr edirik. Ancaq boşanmağımızla bağlı yayılan xəbərlər doğru deyil. Hazırda birlikdə qəhvə içirik”.